3-ci Beynəlxalq Övrə Günü növbəti dəfə Oktyabrin 1 –də qeid ediləcək. Bu ilin övrə günündə “heç vaxt geri çəkilməməkdən” söhbət gedəcək. Övrə elə bir xəstəlikdir ki, bəzi kiçik istisnalarla həyatin hansisa anında yox ola bilər, lakin o vaxta qədər övrə ilə mübarizədə var gücünüzü toplayıb geri çəkilməməyniz böyük bit hünərdir tələb edir. Bir çox hallarda xəstəliyi kəskinləşdirən səbəbləri və effektiv müalicə üsullarını müəyyən etmək aylar və hətta illər çəkir. Övrə gününün məqsədi övrə xəstələrini bu çətin vaxtda mübarizədən geri çəkilməməyə və həkim və başqa xəstələrin köməyi ilə öz həyatlarını yenidən istədikləri kimi yaşamağa ruhlandırır. Siz də başqalarını ruhlandırın! Övrə xəstəliyi ilə mübarizədə bütün çətinliklərə baxmayaraq necə geri çəkilməməyə müvəffəq olduğunuzdan bizə yazın və öz təcrübənizi başqa xəstələrlə Övrə günündə paylaşın. Başqalarını da məlumatlandırın , Siz harda və necə kömək tapmısınız və beləcə başqaları da vaxtında yardım alsın və tezliklə vaz keçəcəkləri şeylərdən uzaq olsunlar. Təcrübənizlə yanası Siz öz Övrə Aktivlik Şkalası (ÖAŞ) nəticələrinizi də yerləşdirə bilərsiniz. Bu şkala, Sizin xəstəliynizin hal hazırki ağırlıq dərəcəsini əks edir. Köpüşüklərin sayı və qaşınmanın şiddətliliyi övrə təqvimində bir həftə ərzində ölçülərək hesablanır. Hər bir müalicənin məqsədi ÖAŞ nəticəsini mümkün qədər aşağı salmaqdır, 0 ən optimal nəticədir. Bu təqvimi biz səhifəmizdə Sizin üçün yerləşdimişik ki, Siz endirib öz qediyyatlarınıı aparasınız və həmçinin online olaraq öz xalınızı hesablayasınız ki, təcrübənizlə birlikdə başqaları ilə paylaşa biləsiniz.
http://urticariaday.org/uct/face-upload/
Bundan başqa, Övrə Günü xəstələr və onların ailələri, həkimlər, siyasətçilər arasında , mətbuatda və , nəhayət, bütün dünyada övrə xəstəliyinə diqqət çəkmək üçün gözəl fürsətdir. Həkimlər arasında da maarifləndirici vəsaitləri yaymağa çalışırıq ki, onlar da öz növbələrində aparılan müalicənin keyfiyyətini artırsınlar və nəticədə xəstələr də öz həyat keyfiyyətlərini artıra bilsinlər. Övrə birliyinə qoşularaq Siz öz ünsiyyət dairənizi genişləndirəcəksiniz, görəcəksiniz ki, tək deyilsiniz və ehtiyacınız olanda məsləhət və kömək əldə edə biləcəksiniz.
“Biz” deyəndə kim nəzərədə tutulur sualı doğa bilər. Biz- hamımızıq! Xəstələr, həkimlər, tibbi müəssisə və təşkilatlar, Siz və mən. Övrə Günü 2016-da iştirak edən hər kəs övrə şəbəkəsinin üzvüdür. Övrə Günü 2016 haqqında başqalarına danışaraq, həm bizə kömək edin, həm də öz xəstəliyinizi nəzarət altında saxlamağa müvəffəq olun. Ailə üzvlərinizə, dostlarınıza, iş yoldaşlarınıza və hətta öz həkiminzə Övrə Günü 2016 haqqında danışın. Bacardığınız hər bir yolla Övrə Günü 2016 haqqında məlumat yayın: facebook, twitter, səhifəni bəyənməklə, paylaşmaqla və nəhayət , Övrə Aktivlik Şkalasını cavablandıraraq nəticənizi səhifədə paylaşmaqla.
Başqalarını da ruhlandıraraq öz tədbirinizi keçirin. Niyə də “Övrə gecəsi” keçirməyəsiniz və yaxud övrə xəstələrinə özünəyardim qrupu təşkil etməyəsiniz? Bəlkə Siz öz müalicə həkiminizi xəstəxana əməkdaşları arasında trening keçirməyə ilhamlandıra bildiniz? Fotoşəklinizi və yaxud keçirdiyiniz tədbir haqqında məlumatı bu səhifədə yerləşdirin və beləliklə Övrə Günü 2016-ya öz töhfənizi verin. Bütün bunlar Övrə Gününün uğurlu keçməsinə mütləq kömək edəcək!
Övrə Günü, GA²LEN, UNEV – urticaria network e.V., daab e.V. və bir çox başqa beynəlxalq təşkilatların təşəbbüsü ilə bütün dünyada keçirilir, bu da övrə və allergik xəstəliklərin müalicəsinin yaxşılaşdırılmasına xidmət edir.